Qəzzada şəhidlərin sayı 26 min nəfəri keçib

Qəzzada şəhidlərin sayı 26 min nəfəri keçib

Qəzza Səhiyyə Nazirliyi bu gün, cümə günü, yanvarın 26-da işğalçı rejimin oktyabrın 7-dən bu yana təcavüzündə fələstinli şəhidlərin sayının 26083, yaralıların sayının isə 64487 nəfərə çatdığını açıqlayıb.

Qəzza Səhiyyə Nazirliyinin hesabatının başqa bir hissəsində deyiliri: “İsrail rejiminin Qəzzaya qarşı cinayətlərinin davam etdirilməsi və son 24 saat ərzində 19 fələstinli ailənin qətliamı 183 nəfərin ölümü, 377 nəfərin isə yaralanması ilə nəticələnib.”

İsrail ordusu qırıcılarının Qəzza zolağında yaşayış evləri, tibb mərkəzləri və ictimai infrastruktura qarşı hava hücumları ardıcıl 112-ci gündür ki, davam edir və Qəzza zolağının şimalındakı Əs-Səftavi bölgəsi bu gün səhər saatlarından etibarən bombardman altındadır.

İşğalçıların Xan Yunisə qarşı hücumlarının artmasının ardından Əl-Əqsa Şəhidləri Briqadası bu gün Qəzza zolağının cənubundakı bu şəhərin müxtəlif bölgələrində İsrail hərbçiləri ilə ağır toqquşmalara girdiyini açıqlayıb.

Qəzza Səhiyyə Nazirliyinin indiyə qədər bəzi fələstinli şəhidlərin dağıntılar altında qaldığınə bildirib. Qəzza Mülki Müdafiə Təşkilatı həddindən artıq soyuq və yağış yağması nəticəsində çadırları su basması səbəbindən Qəzzadan didərgin düşmüş minlərlə insanın həyatının təhlükə altında olduğu barədə xəbərdarlıq edib.

Bu gün bu Fələstin təşkilatı Birləşmiş Millətlər Təşkilatı və humanitar təşkilatlardan Qəzzaya tibbi yardım və xilasetmə vasitələrinin daxil olmasını dərhal həll etməyə çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + 11 =