Qəzzada şəhidlərin sayı 29 min 600 nəfəri keçib

Qəzzada şəhidlərin sayı 29 min 600 nəfəri keçib

Qəzzanın Səhiyyə Nazirliyi sionist rejimin Qəzza sakinlərinə qarşı amansız hücumlarının başlanmasından indiyədək 29 min 606 fələstinlinin şəhid olduğunu açıqlayıb.

İRNA-nın şənbə günü verdiyi xəbərə görə, Qəzzanın Səhiyyə Nazirliyi bu müddət ərzində sionist rejim ordusunun hücumları və bombardmanları nəticəsində 69 min 737 nəfərin yaralandığını elan edib.

Bu xəbərə əsasən, son 24 saat ərzində sionist ordu Qəzza zolağında fələstinlilərə qarşı 9 hərbi əməliyyat keçirib, nəticədə 92 dinc fələstinli şəhid olub, 123 nəfər isə yaralanıb.

Qəzzanın Səhiyyə Nazirliyi şəhid və qurbanlardan bəzilərinin hələ də dağıntılar altında və küçələrdə olduğunu və işğalçıların onlara yardım göstərməsinə mane olduğunu vurğulayıb.

7 oktyabr 2023-cü ildə Fələstin müqavimət qrupları İsrail rejiminin fələstinlilərə qarşı onilliklər ərzində törətdiyi cinayətlərə cavab olaraq, Qəzzadan (Fələstinin cənubu) işğalçı rejimin mövqelərinə qarşı “Əqsa tufanı” adlı qəfil əməliyyata başladı. Döyüş və qarşıdurmaya 24 noyabr 2023-cü ildə İsrail və HƏMAS arasında dörd günlük müvəqqəti atəşkəs və ya HƏMAS ilə İsrail rejimi arasında əsir mübadiləsi ilə fasilə verildi.

Müharibədəki bu fasilə 7 gün davam etdi və nəhayət, 1 dekabr 2023-cü il, cümə günü səhər saatlarında müvəqqəti atəşkəs sona çatdı və İsrail rejimi Qəzzaya hücumlarını bərpa etdi. Bu rejim “Əqsa tufanı”nın qəfil hücumlarına cavab vermək və məğlubiyyətini kompensasiya etmək və müqavimət əməliyyatlarını dayandırmaq üçün Qəzza zolağının keçidlərini bağlayıb və bu ərazini bombalayır. Digər tərəfdən, Fələstin müqavimət döyüşçüləri quru döyüşlərində sionist hərbçilərə çoxlu itki və tələfat veriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × one =