Qəzzada şəhidlərin sayı 53 minə yaxınlaşır

Qəzzada şəhidlərin sayı 53 minə yaxınlaşır

Fələstin Səhiyyə Nazirliyi, soyqırım törədən İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda şəhidlərin sayının son 24 saatda 27 nəfər artaraq 52 min 787 nəfərə çatdığını açıqlayıb.

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda şəhid olanların sayı son 24 saatda 27 nəfər artaraq 52 min 787-yə çatıb.

Qəzzada Fələstin Səhiyyə Nazirliyinin verdiyi yazılı açıqlamada sionist İsrailin Qəzzada davam edən hücumlarında ölən və yaralananlarla bağlı son məlumat paylaşılıb.

Bildirilib ki, son 24 saat ərzində Qəzzada 27 şəhid və 85 yaralı xəstəxanalara çatdırılıb.

Yanvarın 19-da razılaşdırılmış atəşkəsi pozduqdan sonra soyqırım törədən İsrail ordusunun Qəzzada martın 18-dən bu yana həyata keçirdiyi hücumlarda 2678 fələstinlinin şəhid olduğu, 7308 nəfərin isə yaralandığı bildirilib.

İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda şəhidlərin sayının 52 min 787, yaralı sayının isə 119 min 349-a yüksəldiyi bildirilib.

Qəzza zolağında dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 + 5 =