Qəzzada sionist qüvvələrə yeni ölümcül zərbə
Qəzzadakı fələstinli döyüşçülər işğalçı qüvvələrə növbəti ölümcül zərbə endiriblər.
Mehr xəbər agentliyinin Fələstin Əl-Yəvm-ə istinadən verdiyi məlumata görə, ibranidilli media Qəzza zolağında baş verən təhlükəli hadisədə sionist ordusuna ağır zərbə endirilməsi barədə məlumat yayıb.
Bu mənbələr Qəzza zolağında baş verən təhlükəli hadisə nəticəsində 1 sionist əsgərin həlak olduğunu və çoxlu sayda insanın yaralandığını, onlardan 8-nin vəziyyətinin ağır olduğunu, yaralılardan birindən isə ümidin itirildiyini açıqlayıb.
Sionist ordu son 24 saat ərzində Qəzza zolağında bu rejimin daha 4 əsgərinin yaralandığını bildirib.
Bundan əvvəl sionist ordu qeyd etmişdi ki, bu rejimin 3160 zabit və əsgəri müharibə başlayandan bu yana və onlardan 1523 nəfəri isə Qəzzəyə qurudan hücum zamanı yaralanıb.
Bir neçə sionist media indiyədək bu rejim ordusunun itki rəqəmlərini açıqlayarkən şiddətli senzurasına işarə edib. Bu addım Qəzza zolağına qarşı müharibədə sionist əsgərlərin çoxlu sayda itki verməsi və işğal olunmuş ərazilərdə gələcək daxili reaksiyaların qorxusu səbəbindən atılıb.
Sionist media daha əvvəl açıqlayıb ki, sionist rejim ordusunun elan etdiyi yaralıların statistikası bu rejimin xəstəxanalarının təqdim etdiyi statistikadan çox fərqlidir. Sionist rejimin 12-ci kanalı bundan əvvəl elan etmişdi ki, bu rejim ordusu xəstəxana rəhbərliyindən ordu ilə koordinasiya olmadan hər hansı itki statistikasını dərc etməməyi xahiş edib.