Qəzzada ÜST işçiləri və onların ailə üzvləri saxlanılıb

Qəzzada ÜST işçiləri və onların ailə üzvləri saxlanılıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) iki əməkdaşı və onların iki ailə üzvü İsrail ordusunun Qəzzanın mərkəzindəki Deyr əl-Bələh şəhərində keçirdiyi əməliyyat zamanı saxlanılıb.

“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus X hesabında etdiyi paylaşımda qeyd edib.

Onun sözlərinə görə, indiyədək saxlanılan 4 nəfərdən 3-ü sərbəst buraxılıb, biri həbsdədir.

Qebreyesus, həmçinin ÜST-nin 32 əməkdaşının qərargahlara təxliyə edildiyini bildirib.

Təşkilat rəhbəri əlavə edib ki, ÜST-nin əsas anbarına hücum zamanı yanğınla müşahidə edilən partlayış baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × five =