Qəzzadakı general Qasim Süleymaninin şəkili İsraili qəzəbləndirib
Eastnews.org-un verdiyi xəbərə görə, Qəzzada general Qasim Süleymaninin təsviri olan böyük bir lövhənin quraşdırılması İsrail rejimini qəzəbləndirib.
Görüntülərə reaksiya verən İsrail ordusunun sözçüsü Avikha Adreei qəzəbli bir şəkildə “Twitter”də yazıb:
“General Qasim Süleymaninin Qəzza küçələrindəki böyük şəkli var. Ərəblərin sizi və probleminizi müşayiət edəcəyini gözləyirsiniz?”
Löhvədə HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmail Haniyənin sözlərinə yer verilib:
“General şəhid Qasim Süleymani bütün ömrünü müqaviməti qorumağa həsr edib. O, Qüds şəhididir”.