Qəzzadan Təl-Əviv istiqamətində yenidən raket hücumu həyata keçirilib (VİDEO)
“Səraya əl-Qüds” və “İzzuddin əl-Qəssam” hərbi briqadaları aviazərbələrə cavab olaraq növbəti dəfə İsrailin paytaxtını yüzlərlə raketlə hədəfə aldıqlarını bildiriblər.
Bu gün sübh “Səraya əl-Qüds” və “İzzuddin əl-Qəssam” hərbi briqadaları tərəfindən İsrailin paytaxtı Təl-Əviv istiqamətində 250-ə yaxın raket atılıb.
Bu hücum dalğası Təl-Əvivin cənub rayonlarında dağıntılara səbəb olub.
Eləcə də Aşkelon, Aşdod, Sderot, Beer-Şava və sair şəhərlər raket hücumlarına məruz qalıb.
Ötən gün axşam hücumun birinci dalğası Təl-Əvivdə dağıntılara və yanğınlara səbəb olmuşdu.
Fələstinli hərəkatlar ikinci hücumda yeni raketlərdən istifadə etdiklərini bildiriblər.
Qəzzaya endirilən hava zərbələri bu gün də davam edib. Hava zərbələrində ölənlərin sayı 35-ə çatıb və onların 12-i uşaqdır.
Salamnews