Qəzzalı uşaqlar yağışa belə sevindilər – Video
39 gündür “bomba yağışı” yağan Qəzzaya bu gün yağış yağıb. Güclü yağış humanitar böhranın artdığı bölgədə həyatı daha da çətinləşdirib.
Şəhərdə su və ərzaq çatışmazlığının yaşandığına görə, buna sevinənlər də oldu. Kimisi çadırın üstünə yağan suyu içdi, kimisi plastik qablara doldurdu.
Lakin fələstinli uşaqlar bu çətinliklərə baxmayaraq Qəzzanın küçələrinə çıxaraq yağışın sevincini yaşayıblar.
Həmin anın görüntülərini təqdim edirik: