Qəzzanı dünyaya birləşdirən yeganə quru sərhəd keçidi açılacaq

Qəzzanı dünyaya birləşdirən yeganə quru sərhəd keçidi açılacaq

Misirin Qəzza zolağı ilə sərhəd bölgəsi olan Rəfah qapısı və limanları ilə bağlı yenilik olub. 

Bu barədə Türkiyə Qırmızı Aypara Cəmiyyətinin sədri Kərəm Kınık açıqlama verib.  

O vurğulayıb ki, Misir Qırmızı Aypara Cəmiyyətinin rəsmiləri ilə əldə olunan razılaşmaya əsasən, Rəfahda sərhəd qapısı və limanlar açıq saxlanacaq.  

“Bu yol ilə də biz humanitar yardımları daha rahat daşıya biləcəyik. Əldə etdiyimiz uğur əslində Fələstin xalqının rifahına xidmət edəcək”, deyə Kərəm Kınık diqqətə çatdırıb.

Qeyd edək ki, Qəzza 13 ildir hava, quru və sudan İsrailin mühasirəsindədir. Misirlə sərhəddə yerləşən Rəfah keçidi çox məhdud şəkildə açılırdı. İsraillə olan quru sərhəd keçidləri isə yalnız İsrailin icazə verdiyi məhsullar üçün (o da məhdud şəkildə) açıq hesab edilir.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten − two =