Qəzzanın Nasir xəstəxanasında oksigen axınının kəsilməsinə görə 4 fələstinli şəhid oldu

Qəzzanın Nasir xəstəxanasında oksigen axınının kəsilməsinə görə 4 fələstinli şəhid oldu

“Əl-Məmləkəh” telekanalı sionist rejim əsgərlərinin Xan Yunisdəki Nasir xəstəxanasına hücumuna toxunaraq, bildirib ki, oksigen aparatının olmaması və oksigen axınının kəsilməsi səbəbindən xəstəxananın 4 fələstinli xəstəsi şəhid olub.

İordaniyanın “Əl-Məmələkəh” telekanalı Qəzza Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb ki, Qəzza zolağının cənubundakı Nasir xəstəxanasında oksigen axınının kəsilməsi və tənəffüs aparatının olmaması səbəbindən bu gün səhər saatlarından indiyədək artıq dörd xəstə dünyasını dəyişib.

Telekanal əlavə edib: “Sionist rejim əsgərləri tərəfindən çox hissəsi viran edilmiş bu xəstəxananın xüsusi qayğı şöbəsində olan körpələr sionist əsgərlərin mühasirəsi nəticəsində ölüm təhlükəsi ilə üz-üzədirlər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 5 =