Qəzzanın şərqində Fələstin sərhəd nümayişləri başlayıb: Sionist yaşayış məntəqələrinə tərəf yandırıcı balonlar göndərilib
Qəzza zolağında yüzlərlə fələstinli gənc saatlar əvvəl Qəzzanın şərq sərhəd zolağında Məscidül-Əqsa və Fələstin müqavimətinə dəstək və sionist rejimin cinayətlərini, o cümlədən bu zolağın mühasirəsinin davam etməsini pisləmək üçün nümayişi bərpa ediblər.
İRNA-nın məlumatına görə, işğalçı qüvvələr nümayiş iştirakçılarına atəş açıb və indiyədək bir nəfər yaralanıb.
Əvvəlki günlərdə olduğu kimi, fələstinli gənclər Qəzzanın şərqindən işğal olunmuş ərazilərə yandırıcı balonlar göndərməyə başlayıblar.
Bu arada bəzi mənbələr fələstinlilərin Qəzzanın şərqindəki Mələkə bölgəsində güclü bomba partlatdığını da bildiriblər.