Qəzzanın şimalına güclü bombardman: Xilasetmə qrupları və təcili yardım maşınları da təhlükədən amanda deyil
Sionist rejimin Qəzzanın müxtəlif bölgələrinə vəhşicəsinə hücumları davam edir, eyni zamanda Qəzza Səhiyyə Nazirliyinin sözçüsünə görə, onlar qəsdən xilasetmə qrupları və təcili yardım maşınlarını hədəfə alırlar.
İRNA-nın çərşənbə günü Fələstin Əl-Yəvmə istinadən verdiyi xəbərə görə, fələstinli mənbələr Qəzzanın şimalına şiddətli hücumlar edildiyini və bu zaman bir çox bölgənin bombalandığını bildiriblər.
Qəzzanın şimalındakı Cəbəliyə güclü bombardmana məruz qalır.
Digər tərəfdən, Qəzza Səhiyyə Nazirliyinin sözçüsü “Əşrəf Əl-Qudrə” elan edib:
İsrail işğalçıları qəsdən xilasetmə qruplarını və sağlamlıq mərkəzlərini, habelə təcili yardım maşınlarını hədəfə alırlar.
O, əlavə edib: Yardım qrupları təhlükəli şəraitdə fəaliyyətlərini davam etdirir və Fələstin xalqı qarşısında öz vəzifələrini yerinə yetirməkdə israrlıdırlar.
Qəzza Səhiyyə Nazirliyinin sözçüsü bildirib: Beynəlxalq tərəflərdən yardım qruplarına, sağlamlıq mərkəzlərinə və təcili yardım maşınlarına dəstək olmaq üçün təsirli addımlar atmalarını xahiş edirik.
Bundan əvvəl Fələstin Səhiyyə Nazirliyi sionist rejimin Qəzza zolağına hücumlarının başlamasından bu yana fələstinli şəhidlərin sayının 900-ə çatdığını bildirib.
İRNA-nın məlumatına görə, Fələstin müqavimət qüvvələri 7 oktyabr 2023-cü il şənbə günündən etibarən Qəzzədən (Fələstinin cənubu) sionist rejimin işğal olunmuş ərazilərdəki mövqelərinə qarşı “Əl-Əqsa tufanı” adlı hərtərəfli və unikal əməliyyata başlayıb.
Fələstin müqavimət qüvvələrinin əməliyyat və hücumlarının başlaması ilə cəmi 20 dəqiqə ərzində sionist mövqelərinə doğru 5000 raket atılıb və eyni zamanda Həmas paraplanları işğal olunmuş ərazilər üzərində uçuşlar edərək səmanı işğalçılar üçün həmişəkindən daha təhlükəli hala salıb.