“Qəzzaya hər gün 100-ə yaxın yük maşını daxil olur” – Stefan Düjarrik

Hər gün humanitar yardım daşıyan 100-ə yaxın yük maşını Qəzzaya daxil olur. Bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
O bildirib ki, tərəflər arasında münaqişəsinin bərpasından sonra hər gün bu qədər sayda humanitar yük maşını Qəzzaya gedir: “Artıq növbəti humanitar yardım daşıyan 100 yük maşını Misirdən Qəzzaya çatıb. Demək olar ki, əksər günlərdə eyni say qeydə alınıb”.