Qahirə fələstinlilərin Sina səhrasına köçürülmə işində iştirak etməyəcəyini elan etdi

Qahirə fələstinlilərin Sina səhrasına köçürülmə işində iştirak etməyəcəyini elan etdi

Misir dövləti fələstinlilərin Sina səhrasına köçürülməsi barədə rəsmi Qahirənin iştirak etməsi barədə xəbərləri təkzib edib.

Əl Aləm telekanalının məlumatına əsasən, Misir Baş Təhlükəsizlik Təşkilatı dünən axşam (16 fevral) bəyanat yayaraq elan edib: Misir dövləti və prezidentinin sözü bu ölkə rəsmilərinin sözü və ciddi mövqeyidir. Qahirə fələstinlilərin zorla və yaxud könüllü olaraq Qəzzədən Sina səhrasına köçürülməsinə qətiyyən razı deyil və bu işdə iştirak etməyəcək.

Misir rəsmisi əlavə edib: Qahirə öz təhlükəsizliyi və hakimiyyətini qorumaq üçün sərhəddə divarlar inşa edib və bacardığı qədər fələstinlilərin ölkəsinə qaçıb gəlməsinin qarşısını alacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 3 =