Qahirədə bina çökdü – Ölənlər var
Misirin paytaxtı Qahirənin Əl-Vaili rayonunda beşmərtəbəli qəzalı binanın çökməsi nəticəsində çoxlu sayda tələfat olduğu bildirilir.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, axtarış-xilasetmə dəstələri dağıntılar altından altı sakinin cəsədini çıxarıblar.
Hadisə yerinə əlavə texnika və təcili tibbi yardım maşınları cəlb olunub. Qahirə qubernatoru Xalid Əbdel Aal qonşuluqdakı binaların sakinlərinin təxliyə edilməsi tapşırığını verib. Mühəndis xidməti həmin binaların da təhlükəsizliyini yoxlayır.
Misir prokurorluğu insidentlə bağlı cinayət işi açıb və təhqiqat aparılır.
Qafqazinfo.az