Qahirənin Təl-Əvivə qəribə təklifi, razılaşmanı qəbul et və divar hör!

Qahirənin Təl-Əvivə qəribə təklifi, razılaşmanı qəbul et və divar hör!

 Sionist rejim mediaları Qahirənin Təl-Əvivə məhbus mübadiləsi sazişi prosesini sürətləndirmək üçün, razılaşmanın qəbul edilməsi müqabilində sərhəd maneələrinin qurulmasında əməkdaşlığa hazır olduğundan xəbər verirlər.

Təsnim xəbər agentliyinin məlumatına görə, sionist Ordu Radiosu dünən axşam (8 iyul)  dərc etdiyi bir xəbərdə yazır: Misir rəsmiləri Mossad rəhbəri David Barniyaya sazişə daxil olacağı təqdirdə bu ölkə ilə sərhəd bölgəsində divar tikilməsi və yeraltı keçidlər yaradılmasına razılıq verəcək.

Bu ibranidilli mediaya görə, misirlilərin bu təklifi İsraili atəşkəsdən sonra Misir vasitəsilə HƏMAS-a silahların ötürülməsinin bərpasının mümkünlüyünə inandırmaq məqsədi daşıyır. Amma Qahirə bu məkanlarda modern sensor sistemləei ilə maneələr yarada biləcəyini vəd edib.

Qeyd edək ki, ötən fevral ayında bəzi ivritdilli KİV-lər ABŞ, İsrail və Misir arasında Qəzza zolağı ilə Misir arasındakı Rəfah sərhəd-keçid məntəqəsinin sərhəd üçbucağı olan başqa bir nöqtəyə köçürülməsi ilə bağlı pərdəarxası razılaşmadan bəhs etmişdilər.

Bu razılaşma çərçivəsində tunellər vasitəsilə silahların Qəzza zolağına ötürülməsinin qarşısını almaq məqsədi ilə Misirlə Qəzza zolağının sərhədi boyunca yeraltı maneələr tikməli idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − nine =