“Qalatasaray”ın futbolçusu millidən çıxarıldı

“Qalatasaray”ın futbolçusu millidən çıxarıldı

“Qalatasaray”ın futbolçusu Omar Elabdellaui Norveç millisindən çıxarılıb.

Lent.az-ın Apasport.az-a istinadən məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi özü yerli futbol federasiyasına bununla bağlı müraciət edib.

Elabdellaui uzun fasilədən sonra yoldaşlıq görüşləri üçün milliyə dəvət alsa da, öz istəyi ilə heyətdən kənarlaşdırılıb. Norveç Futbol Federasiyası bunu oyunçunun səhhəti ilə əlaqələndirib: “Omar bir neçə dəfə gözündən əməliyyat olunub. Gələn həftə isə növbəti dəfə müayinədən keçməlidir”.

Qeyd edək ki, Norveç yığması martın 25-də Slovakiya, 29-da isə Ermənistanla qarşılaşacaq.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + nineteen =