“Qalatasaray”ın prezidenti Mustafa Cengiz: “Fatih Terimlə işləməyi düşünmürəm”
“Qalatasaray”ın prezidenti Mustafa Cengiz postunda qalarsa, baş məşqçi Fatih Terim postundan ayrılacaq.
Bunu klub rəhbəri özü mətbuat konfransında deyib.
O bildirib ki, seçkilərdə namizədliyini irəli sürməyi düşünür və qalib gələcəyi təqdirdə yeni çalışdırıcı axtarışına çıxacaq. Cengiz müqavilə müddəti başa çatan Fatih Terimlə əməkdaşlıqda maraqlı olmadıqlarını söyləyib: “Hazırkı namizədlərin kluba kömək edəcək səviyyədə olmadığını görsəm, namizədliyimi irəli sürəcəm. Yenidən prezident seçilsəm, Fatih Terim burada qalmayacaq”.
Qeyd edək ki, “Qalatasaray”da prezident seçkiləri mayın 29-na planlaşdırılsa da, koronavirus pandemiyası səbəbindən iyuna təxirə salınıb.
Apasport.az