Qallant: 3 səbəbə görə işdən çıxarıldım

Qallant: 3 səbəbə görə işdən çıxarıldım

 Sionist rejimin devrilmiş müharibə naziri vəzifəsindən azad edilməsinə reaksiya olaraq bunun səbəbini Netanyahu ilə üç əsas fikir ayrılığı olduğunu deyib.

Təsnim İnformasiya Agentliyinin məlumatına görə, sionist rejimin devrilmiş müharibə naziri Yoav Qallant dünən (5 noyabr) səs-küylü işdən çıxarılmasına verdiyi ilk reaksiyada qərarının səbəbi kimi Netanyahu ilə üç fikir ayrılığını göstərərək deyib: Ömrüm boyu İsraili müdafiə etmək üçün çalışıram. Bu çıxarılma üç məsələdə fikir ayrılığının nəticəsidir.

Qallant əlavə edib: Məncə hərbi xidmət yaşına çatmış hər kəs orduya cəlb olunmalıdır. Minlərlə heridinin məcburi hərbi xidmətdən azad edilməsi məqbul deyildir. Girovların qaytarılması ehtimalı var və bəzi güzəştlərin verilməsi zəruridir. Biz bunu tez bir zamanda, onlar sağ ikən öz evlərinə, ailələrinə qaytarılması lazımdır. 7 oktyabr 2023-cü il hücumu haqqında rəsmi və sistemli araşdırma aparılmalıdır.

Qallant vurğulayıb: Təəssüf ki, biz uzun illər müharibə şəraiti ilə mübarizə aparacağıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 1 =