Qants Netanyahuya: Biz müttəfiq deyilik!

Qants Netanyahuya: Biz müttəfiq deyilik!

Sionist rejim müharibə şurasının üzvü Beni Qants  “Biz müttəfiqik” deyən baş nazirin iddiasına cavab verərək “biz müttəfiq deyilik” cavabını verib.

Əl Aləm telekanalının məlumatına əsasən, İsrailin 13-cü telekanalı bu barədə məlumat yayaraq elan edib: Son zamanlar İsrail müharibə şurasında konfliktlər daha da şiddətlənib. Belə ki, müharibə naziri Yoav Qalant Benyamin Netanyahuya çımxıraraq deyib: Baş nazir təhlükəsizlik sistemini ayaqlayır. Bu isə bizi qaçılmaz səhvlərin pis nəticələri ilə üzləşdirir.

Qeyd edək ki, bu proqramdan 1 saat əvvəl Benyamin Netanyahu müharibə şurasında konfliktlərə rəğmən hamının müttəfiq olduğunu iddia edərək keçmişdə olmadığı qədər fikir birliyindən danışmışdı.

Sionist medialar Qans və Qadi Ayzenkutun Netanyahunu müharibə şurasını ləğv edəcəkləri ilə Netanyahunu təhdid etdiyindən də xəbər verirlər.

Məlumata görə İsrailin müharibə kabinetindəki konfliktlər üzündən üzvlər nadir hallarda baş nazirlə söhbət edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 + 1 =