Qara dənizdə 700 ton mazut olan tankerdə yanğın
Qara dənizdə Komor adaları bayrağı altında üzən və göyərtəsində 700 ton mazut olan “Almuntazah” adlı tankerdə yanğın baş verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, tanker Taman limanında sahildən 1,2 mil aralıda lövbərdə durub.
Tankerin heyət üzvləri 7 nəfər Rusiya vətəndaşıdır. Zərərçəkənlər barədə məlumat verilməyib.
Hazırda yanğının başvermə səbəbləri araşdırılır.
Qafqazinfo.az