“Qarabağ” “Fənərbağça”nın sabiq futbolçusunu transfer edib

“Qarabağ” “Fənərbağça”nın sabiq futbolçusunu transfer edib

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.

BAKU.WS klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Fransanın “Dijon” komandasından Yassin Benzianı transfer edib.

“Köhlən atlar” 29 yaşlı yarımmüdafiəçinin keçidini sosial şəbəkə hesabında paylaşdığı video ilə açıqlayıb.

Mərakeş millisinin sabiq üzvü ilə imzalanmış müqavilənin müddəti hələlik bəlli deyil.

Qeyd edək ki, Fransa vətəndaşlığı da olan Yassin Benzia karyerası ərzində “Lion”, “Lill”, Türkiyənin “Fənərbağça”, Yunanıstanın “Olimpiakos” komandalarında da çıxış edib. O, 2016 – 2018-ci illərdə formasını geyindiyi Əlcəzair yığmasında 4 oyuna 1 qol vurub.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × two =