“Qarabağ şübhəsiz ki, Azərbaycana məxsusdur” – İran prezidenti
Publika.az erməni mediasna istinadən xəbər verir ki, İran prezidenti İbrahim Rəisi Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərinə münasibət bildirib. O deyib:
“Qarabağ şübhəsiz ki, Azərbaycan Respublikasına məxsusdur, lakin ermənilərin hüquqlarını elə təmin etmək lazımdır ki, regionda onların təhlükəsizliyi və hüquqları qorunsun”.
Publika.az