Qarabağda döyüşmüş livanlı muzdlu terrorçu məhkəmədə son söz deyib

Qarabağda döyüşmüş livanlı muzdlu terrorçu məhkəmədə son söz deyib

Bu gün Yasamal Rayon Məhkəməsində Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib.

O, müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Daha sonra təqsirləndirilən şəxs son söz deyib.

Livanlı muzdlu terrorçu da barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Məhkəmə kollegiyası hökm qəbul etmək üçün müşavirəyə yollanıb.

Hökm iyunun 14-də elan ediləcək.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + seven =