Qarabağda yol çəkən texnika minaya düşdü

Qarabağda yol çəkən texnika minaya düşdü

Daxili İşlər Nazirliyi Ağdamda traktorun minaya düşməsi barədə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, dekabrın 16-da saat 13 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisindəki Xaçınçay çayının ətrafında yol-tikinti işləri ilə məşğul olan şirktlərdən birinin əməkdaşı, Oğuz rayon sakini Əhməd İdrisov idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb.

Ağdamda yol çəkən texnika minaya düşüb.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə Ağdamın işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisində baş verib. KON markalı traktor tank əleyhinə minaya düşüb. Nəticədə texnikaya ciddi ziyan dəyib. İlkin məlumata görə, sürücü xəsarət almayıb.

Hadisə yerinə ANAMA- nın əməkdaşları cəlb olunub.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × five =