“Qarabağ”ın yeni transferi Bakıya gəldi

Publika.az-ın məlumatına görə, Ağdam təmsilçisi Redon Cica ilə müqavilə imzalayacaq. 24 yaşlı yarımmüdafiəçi bu məqsədlə artıq Bakıya gəlib. Klub nümayəndələri ilə görüşəcək futbolçu bütün məsələlərə aydınlıq gətirdikdən sonra tibbi müayinədən keçəcək. Albaniya millisinin üzvünün səhhətində problem aşkarlanmasa, onunla uzunmüddətli müqavilə imzalanacaq.
Qeyd edək ki, Redon Cicanın transferi barədə məlumatı bir neçə gün öncə təqdim etmişdik.
Publika.az