Qaradərililər ABŞ Hava Qüvvələrində diskriminasiya edilir

Qaradərililər ABŞ Hava Qüvvələrində diskriminasiya edilir

ABŞ Hava Qüvvələrində qaradərili heyətin istintaq, intizam, həbs və qovulma ehtimalı daha yüksək olduğu bildirilib.

Deyerler.org TRT-yə istinadən xəbər verir ki, Hərbi Hava Qüvvələri Müfəttişliyi Komandanlıqdakı heyətin qarşılaşdığı irqi bərabərsizliklərə dair hesabat dərc edib.

Hesabat hazırlanarkən, 2012-ci ildən bəri Hərbi Hava Qüvvələrindəki hərbi məhkəmə prosesi, vəzifələndirmə dərəcələri və hərbi heyətə təqdim edilən digər imkanlar araşdırılıb, müsahibələr aparılıb və qaradərili hərbçilərə xüsusi diqqət yetirilib.

Hava Qüvvələrində qaradərili heyətin hərbi məhkəmədə mühakimə olunma ehtimalı ağlardan 57%, istintaqdan sonra cəza alma ehtimalının da 72% daha çox olduğunu göstərən hesabatda, qaradərili heyətin həbs olunma ehtimalının ikiqat daha çox olduğu vurğulanıb.

Hesabatda gənc qaradərili işçilərin səhv davranışa görə işdən çıxarılma ehtimalının ikiqat daha çox olduğu və qaradərililərin cinsi təcavüzə görə daha tez-tez araşdırıldıqları və mühakimə olunduqları təsbit edilib.

Hərbi Hava Qüvvələrindəki qaradərili işçilərin də vəzifədə və rütbədə yüksəlmə ehtimalının ağlardan daha az olduğu, qaradərili heyətin üçdə birinin eyni rütbəli ağlarla eyni imkanlara sahib olmadıqlarına inandıqları müəyyən edilib.

Müsahibədə iştirak edən qaradərili kadrların yarısının irqinə görə ayrıseçkiliyə məruz qaldıqlarını, dörd ulduzlu generallar da daxil olmaqla yaşlı qaradərililərin 45%-nin keçmişdə ayrı-seçkiliklə qarşılaşdıqlarını, ağdərili generalların 94%-nin bu cür ayrıseçkiliyə məruz qalmadıqlarını bildirdikləri vurğulanıb.

Hava Qüvvələrinin komandiri general Çarlz Q. Braun Jr. irqi ayrıseçkilikdə mənalı və davamlı dəyişiklik üçün hərəkətə keçilməli olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − 9 =