Qaranlıq və nur arasında

Qaranlıq və nur arasında

İnsan varlıq olaraq müxtəliflik, fərqlilik sistemində yeni, inkişafa nail olmaqla dünyanı gözəlləşdirə bilər. Və Yaradılışdan birinin digərinə nisbətdə özəl keyfiyyətlərə malik olması rəqabət mühitini formalaşdıraraq bir cəmiyyətin inkişafına töhfə verə bilir. Bunun üçün düşüncələrlə bərabər yaradılan geniş imkanlar da potensialın ortaya qoyulmasında müstəsna rola malikdir. 
Bu gün Qərbin inkişafı, göz qamaşdıran yeniliklərin arxasında duran insan zəkası ona yaradılan imkanlar çərçivəsində özünü göstərə bilir. Hansı ki, elmin müxtəlif sahələrində əldə edilən imkanlar bunun bariz nümunəsidir. 

Təəssüf ki, az qala hər ötən gün ölkəmizdə məhdudlaşan imkanlar belə nümunələrin Azərbaycan üçün naliyyətləri bu ölkədən alaraq hansısa xarici, inkişaf etmiş ölkələrə daşımağa davam edir. Zatən naliyyətləri ilə dünyaya meydan oxuyan bu ölkələrə ərmağan olunan imkanlar ölkəmizin itkisi olmaqla yanaşı bizi bu ölkələrin naliyyətlərindən asılı vəziyyətə gətirir. Nəticədə təkcə ziyalı, elm adamı, dəyərli insan itkisi deyil, eyni halda asılı, ehtiyaclı hala düşməyə məhkum olmaqdır.
Bir çox Qərb ölkələrində naliyyətləri ilə öyünən şirkətlərə, hətta dövlətlərə töhfə verən Azərbaycan ziyalısı bu ölkədə imkanlara yaradılan şəraitin minimum həddinə ehtiyaclı ikən oradadır. Bu gün az qala hər bir sahədə yaşanan tənəzzül amili məhz ölkədə dəyərlərə imkanların ayrılmaması səbəbinədir. Təəssüf ki, bu təkcə elm sahəsində deyil, eyni halda idman, mədəniyyət, incəsənət və sairlər də eyni nəticəni yaşayır.

Ümumi rəqəmlər araşdırılarsa biz artıq illərdir ki, ölkənin elm, təfəkkür, tibb və sair bu kimi dəqiq və humanitar sahələrdə mütəxəssis, dünya miqyasına çıxacaq şəxslərin yetişmədiyinin şahidi oluruq. Teatr, film, kitab, cizgi filmi sanki sovet dövrünün həsrət mahnılarını oxuyaraq yalnız keçmişə baxmağa məhkumdurlar. Bütün bunlardan daha təhlükəli bir tendensiya isə qeyd edilənlərin itdiyi bir mühitdə məmnunluq hissidir.
Məntiqli olaraq bütün bunların məhdudlaşdırılması, inkişafına maneənin hansı səbəbdən baş verdiyini aydınlaşdırmaq məsələnin qaranlıq tərəfini göstərən səbəbdir. Azərbaycanda bunun üçün hər növ imkanlar olduğu halda niyə görə buna şərait yaradılmır?!
Mövcud sual çoxsahəli cavablarla əhatələnə bilər ki, onlardan ən başlıcası hal-hazırki yüksək sistemin təmsilçilərinə savadlı, elm və inkişaf amili olan kadrların lazım olmamasıdır. Bu onların elmi düşüncəsi, təfəkkür tərzi və ən əsası sürətli sosial durumuna maneə yarada bilər. 

Bu günün ziyalısı, siyasi, elmi, mədəni, əxlaqi, dini və sair sahələri əhatə edən həqiqi mütəfəkkirlərin yetişməsi dağıdıcı, rüşvətxor, əxlaqsız, korrupsioner, ədəbaz, soyğunçu, dinsiz məmurların fantastik həyat hekayəsinə soy qoymaqla yanaşı xaqı da bu idarəçilik sisteminin əzici buxovundan azad edə bilər. 
Eyni, bir rəngli düşüncə, məddahlıq edərək özündən yüksək rütbədə oturanın hər eybəcərliyini gözəl görərək eybəcərləşənlər üçün bu gün bu mühitdən ziyalıların, elm adamlarının uzaqlaşması xəyalı həyatın davamı, eyni halda böyük qazanclara sahib olmaq olmağa hesablandığı üçün o bütün güc və struktur vasitəsi ilə qorunur.

Belə bir mühitin qorunması üçün hər kəs öz düşüncə tərzi deyil, bir düşüncə tərzini qəbul edib yaşaması yetərlidir. Bunu qəbul edənlər eyniləşmə ilə sürünənlər, qəbul etməyənlər isə zənciri qırıb öz mütərəqqi düşüncəsi ilə sərhədlər aşmağa davam edənlərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − eleven =