Qaranlıqda işıq saçır: Yerin yaxınlığında nəhəng naməlum obyekt kəşf edildi

Qaranlıqda işıq saçır: Yerin yaxınlığında nəhəng naməlum obyekt kəşf edildi

Astronomlar Yerdən cəmi 300 işıq ili uzaqlıqda yerləşən, əvvəllər məlum olmayan nəhəng qaz buludu – “Eos” adlı yeni bir obyekt kəşf ediblər.

Bu barədə məlumat “Space” portalında dərc olunub.

Məlumata görə, “Eos” indiyədək kəşf edilmiş Yerə ən yaxın molekulyar qaz buludu hesab olunur. Bu obyekt ulduzların yaranmasına səbəb olan ilkin maddə – molekulyar hidrogendən ibarətdir.

Alimlərin sözlərinə görə, molekulyar hidrogen birbaşa müşahidə oluna bilmədiyi üçün bu cür buludları tapmaq çox çətin idi. Lakin ilk dəfə olaraq tədqiqatçılar ultrabənövşəyi şüalanma vasitəsilə bu buludu birbaşa müşahidə edə biliblər. Maraqlıdır ki, “Eos” qaranlıqda işıq saçmaqla müşahidəni mümkün edib.

Yeni kəşf olunan “Eos” qaz buludu təxminən 80 işıq ili diametrindədir və 3 400 Günəş kütləsi qədər maddə ehtiva edir. Bu nəhəng obyekt “Yerli qabarcıq” (“Local Bubble) adlanan fəzada yerləşir. “Yerli qabarcıq” Günəş sisteminin içindən keçdiyi, nisbətən azsıxlıqlı kosmik məkandır.

Alimlərin proqnozlarına görə, “Eos” buludu öz ulduzlarını formalaşdırmağa başlamazdan əvvəl təxminən 6 milyon il ərzində qonşu ulduzların radiasiyası nəticəsində dağılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 12 =