Qaribaşvili Tbilisidə Avstriya Kansleri ilə görüşüb

Qaribaşvili Tbilisidə Avstriya Kansleri ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə səfərdə olan Avstriya kansleri Karl Nehammerlə görüşüb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb. Bildirilib ki, təkbətək görüş zamanı tərəflər ikitərəfli əlaqələrin gündəliyində olan məsələləri müzakirə ediblər.

Görüşdə Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsinin tarixi-strateji əhəmiyyət daşıdığı vurğulanıb. Qeyd olunub ki, bu layihə ilə Qafqaz regionu Avropa ilə əlaqələndiriləcək.

Görüşdən sonra keçirilən mətbuat konfransında Gürcüstanın Baş naziri İrakli Qaribaşvili qeyd edib ki, artıq layihənin həyata keçirilməsinə başlanılıb.

Əlavə edib ki, bununla əlaqədar dörd ölkənin – Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstanın iştirakı ilə işçi qrup təsis edilib. Qaribaşvili vurğulayıb ki, bu, nümunəvi layihələrdən biri ola bilər.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − fifteen =