Qarın ağrısı şikayəti ilə xəstəxanaya getdi: Mədəsindən elə şey çıxdı ki… – FOTO

Qarın ağrısı şikayəti ilə xəstəxanaya getdi: Mədəsindən elə şey çıxdı ki… – FOTO

Hindistanda həkimləri heyrətə salan hadisəsi baş verib. Həzmsizlik şikayəti ilə xəstəxanaya müraciət edən bir gənc həkimləri dəhşətə gətirib.

Hindistanın Yeni Dehli şəhərində yaşayan 23 yaşlı gənc mədəsində ağrıya dözə bilməyib “Fortis Vasant Kunj” xəstəxanasına müraciət edib.

O, həzmsizliyinin dözülməz həddə çatdığını, həmçinin şişkinlik və yorğunluq şikayətlərinin də olduğunu bildirib. Gənc həmçinin səhhətindəki problemlərin yediyi küçə yeməklərindən qaynaqlandığını iddia edib.

Lakin xəstəxana işçiləri tərəfindən aparılan bəzi testlər nəticəsində məlum olub ki, kişinin mədəsində 3 sm uzunluğunda bir tarakan var.

Qastroenterologiya (həzm sistemi) sahəsində baş məsləhətçi olan professor Şubham Vatsya böcəyin mədədə canlı qalmasına heyrətləndiklərini bildirib.

O, həşəratın aşkarlanmasından sonra dərhal proses başlatdıqarını qeyd edib: “Dərhal həşəratı çıxarmağa başladıq. İstifadə etdiyimiz vakuum cihazının köməyi ilə gəncin həyatını xilas etdik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − 13 =