Qarşıda sionistlərin qəlbində və həyatında böyük partlayışlar olacaq

Qarşıda sionistlərin qəlbində və həyatında böyük partlayışlar olacaq

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Beynəlxalq Qüds Günü ilə bağlı verdiyi açıqlamada intifazənin keçməsi və sionist rejim mərkəzindən təhdidlərin artmasını sionistlərin qəlbində və həyatında böyük partlayış vədi və hamilərinin kabusu kimi qiymətləndirib.

Bu bəyanatın bir hissəsində deyilir: İmam Xomeyninin (r.ə) mübarək Ramazan ayının axırıncı cüməsini “Ümumdünya Qüds Günü” adlandırması onun tarixi addımı və hikmətli, strateji və uzaqgörənliklə təşəbbüs göstərməsidir. Həmçinin, bu, İran xalqının məzlum Fələstin xalqını dəstəkləməkdə, İslam ümməti və bəşəriyyətin işğalçılara qarşı qəzəb və anti-sionist nifrətini alovlandırmaqda aşkar və həlledici roluna görə iftixar hesab olunur.

Bəyanatda əlavə edilib: “Beynəlxalq Qüds Gününün adlandırılmasından 43 il, saxta, cinayətkar və müvəqqəti sionist rejimin qurulmasından və mövcud maneələrin aradan qaldırılması üçün müxtəlif kompromis planlarının təqibi və həyata keçirilməsindən 74 il keçir.

Son hadisələr, xüsusilə də intifazən alovlarının rejim mərkəzinin divarlarından keçməsi, Tel-Əvivin sayılı nəfəslərinin qaldığını və Müqəddəs Qüdsü qəsb edənlərin tənəzzül və sonunun sürətlə yaxınlaşdığını əks etdirir.

Bəyanatda vurğulanıb ki, haqsevər, azad insan və millətlər digər tarixi dövrlərdən daha çox Fələstinin məzlum xalqına dəstək və müqəddəs Qüdsün azadlığı idealına dəstək olaraq bir araya gəliblər:

Sionistlər hesab edirdilər ki, əsrin sövdələşməsi və bəzi ərəb ölkələri ilə münasibətləri mürəkkəb çərçivədə normallaşdırmaq kimi şər planlar həyata keçirməklə, Fələstin məsələsini və Qüds idealını unutduracaqlar. Halbuki, məsələ bunun əksinədir.

Bu günlərdə işğal olunmuş ərazilərdə, xüsusilə Qüds və Tel-Əvivdə baş verənlər nəinki sionist cinayətkar rejim üçün davamlı təhlükəsizlik xülyası yaratdı, həm də işğalçıların biabırçı həyatına gizli və partlayıcı enerji ötürdü. Hər an onları dəhşətli və ölümcül bir kabus gözləyir.

Bəyanatda qeyd olunub: Şanlı İran İslam İnqilabının qələbəsi ilə qəhrəman Fələstinin mübarizəsi həmişə sionist cəlladı və müvəqqəti sionist rejiminin məğlubiyyəti, Fələstinin isə böyük və danılmaz qələbələri ilə müşayiət olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × three =