Qasim Süleymani strateji bir komandir idi

Qasim Süleymani strateji bir komandir idi

Livan müqavimətinin baş katibi general Hacı Qasim Süleymaninin Amerikanın planlarını puça çevirən, onların regionda rüsvayçılığına səbəb olan strateji bi komandir olduğunu vurğulayıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Şeyx Nəim Qasim bu gün (4 yanvar)  Hacı Qasım Süleymani və Hacı Əbu Məhdi əl-Mühəndisin şəhadətinin 5-ci ildönümü münasibətilə etdiyi çıxışında deyib: Şəhid Süleymani xalis Məhəmmədi İslamın orijinallığının və İmam Xomeyni (r) və İmam Xamenei məktəbinin yetirməsidir.

Livan Hizbullahının baş katibi Şəhid Süleymaninin Amerikanın İraq və Əfqanıstanda məkrli planlarını aşkar etməklə yanaşı müqavimət qüvvələrini Fələstinin xeyrinə birləşdirdiyini qeyd edərək deyib: Övla Əl-Bəəs döyüşündə baş verənlər İsrailin Livandakı ümid və arzularını puça çıxardı. Suriya hadisələri eynilə Livanda da baş verə bilərdi. Mən Suriya xalqının gələcəkdə İsraillə qarşıdurmada rol oynayacağına inanıram.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × four =