Qasim Süleymaninin şəhid olmasının ildönümü ilə bağlı Qəzzə zolağında mərasim keçirilib + Foto

Qasim Süleymaninin şəhid olmasının ildönümü ilə bağlı Qəzzə zolağında mərasim keçirilib + Foto

Fələstin xalqı və Qəzzə zolağındakı müqavimət qruplarının bir sıra rəhbərləri İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələri komandanının şəhadətinin ildönümünü qeyd etmək üçün mərasim keçiriblər.

Bu gün (çərşənbə) Qəzzə zolağında İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı general Hacı Qasim Süleymaninin şəhadətinin ildönümü ilə bağlı anım mərasimi keçirilib.

“Əl-Məyadin” şəbəkəsinin məlumatına görə, İslami Cihad Hərəkatının siyasi ofisinin üzvü Vəlid Əl-Qətati bu mərasimdə deyib: “Müqavimət saatını Qüds vaxtına tənzimləyib, kompası isə Qüdsü və Fələstini göstərir.”

Əl-Qətati daha sonra Fələstində hər kəsin bu ölkənin torpaqlarının tam azad edilməsi hədəfinə qayıtmasının vacibliyini vurğulayıb və sionist rejimlə yanaşı Fələstin dövlətinin yaradılmasını illüziya adlandırıb.

İslami Cihad hərəkatının bu üzvü sözünə belə davam edib: “Şəhid Süleymani davamlı döyüşdə və haqq yol uğrunda uzun sürən müharibədə şəhid oldu. Amerika və yalançı sionistlər Şəhid Süleymaninin Fələstindəki rolunun bitməsini istəyirdilər. Amma o, inqilabçılar arasında toqquşma nöqtəsində və doğru ilə batil arasında savaşın olduğu hər an mövcud olan bir məktəbdir.

Vəlid Əl-Qətati daha sonra general Süleymaninin Fələstin müqavimətinə verdiyi mesajlardan birinə işarə edərək, bu mesajda belə ifadə edildiyini deyib:

“Hər kəsə xatırladın ki, Fələstinə qarşı təzyiq və mühasirə nə qədər güclənsə də, islami İran bu torpağı tək qoymayacaq, çünki Fələstini müdafiə etmək İslamı və Quranı müdafiə etməyin əsl nümunəsidir. İnşallah, zəfər sübhü yaxındır və işğalçı sionistlərin əcəl zəngi çalınacaq.”

O, Qasim Süleymani ilə görüşlərindən birini də müzakirə edib və həmişə təkrar etdiyi ifadələrdən birinin “Biz sizin xidmətinizdəyik” olduğuna diqqət çəkib. Bütün vasitə və imkanlarımız sizin ixtiyarınızdadır. Biz Qüdsün və Fələstinin azadlığı uğrunda gedən döyüşün əsgərləriyik. Biz bu ölkənin, millətinin və müqavimət qüvvələrinin idealı olan Fələstinin yanındayıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + 10 =