Qasırğa 2 milyon insanın təxliyəsinə səbəb oldu

Qasırğa 2 milyon insanın təxliyəsinə səbəb oldu

Şərqi Asiyada meydana gələn tropik Mavar qasırğasının təsirinə məruz qalan Yaponiyada 1 nəfər ölüb, 2 milyon insan müvəqqəti təxliyə olunub.

Publika.az xəbər verir ki, Yaponiya Meteorologiya İdarəsi (JMA) paytaxt Tokio da daxil olmaqla, ölkənin cənub və şərq bölgələrinə təsir edən tropik Mavar tayfunu ilə bağlı xəbərdarlıqlarını yeniləyib.

Sakit okean sahilindəki əyalətlər üçün çay daşqını və sürüşmə xəbərdarlığını təkrarlayan JMA, paytaxt Tokio və bəzi ətraf ərazilərdə yaşlıların təcili təxliyə edilməsinə çağırıb.

Paytaxtla cənub metropollarını birləşdirən sürətli qatar xətlərində müvəqqəti dayanacaqlardan sonra 5 mindən çox insanın gecəni çöldə keçirdiyi bildirilir.

Çayın səviyyəsinin qalxmasından sonra Aiçi vilayətində bəzi magistral yolların su altında qaldığı, vilayətin Toyohaşi əyalətində isə bir nəfərin öldüyü açıqlanıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + eleven =