Qazaxda oğul anasını avtomobillə vuraraq öldürüb

Qazaxda oğul anasını avtomobillə vuraraq öldürüb

Qazax rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.

Belə ki, Qazax sakini Eldar İsgəndərov idarə etdiyi “Opel” markalı avtomobillə anası, 1958-ci il təvəllüdlü Nərminə İsgəndərovanı vurub. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

İlkin məlumata görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib. 

Faktla bağlı araşdırma aparılır.

Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × five =