Qazaxıstan ölüm cəzasını ləğv etdi

Qazaxıstan ölüm cəzasını ləğv etdi

Birləşmiş Millətlər Təşkilatının qərargahında Qazaxıstanın BMT-dəki daimi nümayəndəsi Kayrat Umarov ölüm hökmünün ləğv edilməsinə yönəlmiş Beynəlxalq Mülki və Siyasi Hüquqlar Paktına dair protokola imza atıb.

“Kazinform” bu barədə Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadla xəbər yayıb.

Ölüm cəzasının ləğvi ilə bağlı beynəlxalq protokola qoşulma qərarını Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev BMT Baş Assambleyasının 75-ci ildönümü sessiyasının ümumi siyasi müzakirələrində bəyan edib.

J.Tokayev öz çıxışında bildirib ki, Qazaxıstan insanların yaşayış və ləyaqətlərinin təməl hüququnu həyata keçirməyə sadiqdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × one =