Qazaxıstanda fövqəladə vəziyyət ləğv edildi
Qazaxıstanda fövqəladə vəziyyət rejimi ləğv edilib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bütün ölkədə konstitusiya quruluşu bərpa edilib, lakin bəzi bölgələrdə antiterror əməliyyatı hələ də davam edir.
Xatırladaq ki, yanvarın 5-də prezident Kasım-Jomart Tokayev artan iğtişaşlar və qırğınlar fonunda fövqəladə vəziyyətin tətbiqi haqqında fərman imzalayıb. Rejim yanvarın 19-u yerli vaxtla saat 00:00-dək tətbiq edilib.
Yanvarın 12-də vəziyyət sabitləşdiyi üçün Qərbi Qazaxıstan, Pavlodar və Şimali Qazaxıstan vilayətlərində fövqəladə vəziyyət ləğv edilib. İki gün sonra, yanvarın 14-də prezident Çimkent, Şərqi Qazaxıstan, Qaraqanda, Türküstan, Akmola və Kostanay vilayətlərində rejimin ləğvi haqqında fərmanlar imzalayıb.
BAKU.WS