Qazi: “Erməniləri onların dilində çağırdıq, elə bildilər ki, öz yoldaşlarıdı, sonra da…” – VİDEO

Qazi: “Erməniləri onların dilində çağırdıq, elə bildilər ki, öz yoldaşlarıdı, sonra da…” – VİDEO

“Bizə təlim keçəndə demişdilər ki, istənilən praktikadan istifadə etmək olar”.
Bunu Yeniavaz.com-a müsahibəsi zamanı Vətən Müharibəsi qazisi Hacı Vəliyev deyib. O bildirib ki, döyüşlər zamanı erməni hərbçilərini məhv etmək üçün onları öz dilində çağırırmışlar:
“Ermənilər manevr edə-edə arxaya qaçırdılar. Məsafə də çox idi, təxminən 800-1000 metr. Çox sursat sərf etməmək üçün orada biz taktika işlətdik. Bizə təlim keçəndə demişdilər ki, istənilən praktikadan istifadə etmək olar. Olduğumuz yerdə düşmən bizi görmürdü. Biz 2-3 nəfər çıxdıq səngərdən qabağa və başladıq bunları “ara”, “ara” deyə çağırmağa. Çünki biz eşidirdik, ermənilər bir-birlərini “ara” deyə çağırırdılar. Onlar bizim sadəcə qolumuzu görür və səsimizi eşidirdilər. Bunları çağırdıq və çəkilib uzandıq səngərdə. Elə bildilər ki, onları çağıran öz yoldaşlarıdı. Bunlar sevincək qaçdılar üstümüzə. Yaxına buraxdıq və 50 metr qalmış onları öldürdük. Sonra biz keçdik ikinci eşalona”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve + 1 =