“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi növbədənkənar sessiyada müzakirəyə çıxarıla bilər

“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi növbədənkənar sessiyada müzakirəyə çıxarıla bilər

“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi Milli Məclisin 2021-ci il yaz sessiyasında müzakirəyə çıxarılmaya bilər.

Bunu açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Komitə sədri bildirib ki, qanun layihəsi hələ müvafiq orqanlardadır, hazır olduqdan sonra Milli Məclisə təqdim ediləcək: “Çünki qanunun təşəbbüskarları onlardır. Qanun layihəsi 2021-ci il yaz sessiyasının İş Planına salınmışdı. Amma qanun layihəsi ilə bağlı bəzi məsələlər hələ yekunlaşmayıb. Biz bir neçə dəfə maraqlanmışıq. Gözlənilir ki, parlament iyun ayında da işləsin. Növbədənkənar sessiya baş tutsa və “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi o vaxta kimi təqdim olunsa, müzakirəyə çıxaracağıq. Bu, çox vacib və gözlənilən qanun layihəsidir. Qanun beynəlxalq standartlara uyğun olmalıdır. Müəyyən detallar dəqiqləşəndən sonra layihə parlamentə təqdim olunacaq”.

Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 5 =