Qırğız Respublikasının səfirlik və konsulluqlarında dövlət bayraqları endirilib

Qırğız Respublikasının səfirlik və konsulluqlarında dövlət bayraqları endirilib

Tacikistanla sərhəddə silahlı qarşıdurma nəticəsində həlak olmuş vətəndaşların xatirəsinə ehtiram əlaməti olaraq bu gün Qırğız Respublikasının Xarici İşlər Nazirliyində, eləcə də xaricdə yerləşən diplomatik və konsulluq idarələrinin ərazisində dövlət bayraqları endirilib və başsağlığı kitabları açılıb.

Bu barədə məlumatı Qırğız Respublikası Xarici İşlər Nazirliyi yayıb.

Dünən ölkə prezidenti Sadır Japarov 1-2 may tarixlərində Qırğız Respublikasında ümummilli matəm elan edilməsi haqqında fərman imzalayıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, Tacikistanla sərhəddəki münaqişə nəticəsində Qırğız Respublikasının 33 vətəndaşı həlak olub, 120-dən çoxu yaralanıb.

Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × two =