Qırğızıstan dağlarında qalan rusiyalı alpinist xilas edilməyəcək

Qırğızıstan dağlarında qalan rusiyalı alpinist xilas edilməyəcək

Qırğızıstandakı Pobeda zirvəsində ayağı sınaraq ilişib qalan rusiyalı alpinist Nataliya Naqovitsinanı daha xilas etmək mümkün olmayacaq.

Bu barədə xilasetmə ekspedisiyasının rəhbəri Dmitri Qrekov “Mash”a məlumat verib.

O bildirib ki, idmançını sağ tapmaq şansı minimaldır və onu ərazidən çıxarmaq şansı daha da azdır. Buna görə də xilasedicilər risk etməmək qərarına gəliblər.

Naqovitsina avqustun 12-də eniş zamanı yaralanıb və onun xilasına əlverişsiz hava şəraiti mane olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × one =