Qırğızıstan Səhiyyə Nazirliyi qarşıdurma nəticəsində 31 nəfərin öldüyünü açıqlayıb

Qırğızıstan Səhiyyə Nazirliyi qarşıdurma nəticəsində 31 nəfərin öldüyünü açıqlayıb

Tacikistanla sərhəddə baş verən münaqişə nəticəsində ölən Qırğızıstan vətəndaşlarının sayı 31-ə yüksəlib.  

Bunu səhiyyə və sosial inkişaf nazirinin birinci müavini Aliza Soltonbekova açıqlayıb.

Xəsarət alanların sayı 154 nəfərə çatıb.

“Xəsarət alan 154 nəfərdən 121-i mülki şəxsdir”, Soltonbekova bildirib.

43 yaralı təyyarə ilə Bişkekdəki tibb müəssisələrinə aparılıb. İki yaralının vəziyyəti ağırdır.

Qeyd edək ki, Tacikistan və Qırğızıstan nümayəndə heyətləri Qırğızıstanla sərhəddə yerləşən Soqdiya vilayətinin İsfara şəhərində keçirdikləri danışıqlardan sonra ortaq bəyanatla çıxış ediblər. Bəyanatda 29 aprel tarixində Tacikistan-Qırğızıstan sərhəddində başlamış silahlı münaqişənin dayandırılması niyyəti açıqlanıb. 

Amma bu gün  Tacikistan və Qırğızıstan sərhəddində yenidən silah səsləri eşidilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + 7 =