Qismən səfərbərlik: DOLLAR son 20 ilin REKORDUNA çatdı

Qismən səfərbərlik: DOLLAR son 20 ilin REKORDUNA çatdı

Publika.az “Reuters”ə istinadən xəbər verir ki, məzənnənin kəskin yüksəlməsinə Rusiyada qismən səfərbərlik elan edilməsi səbəb olub.

ABŞ dollarını digər altı əsas valyutanın səbəti qarşısında ölçən DXY İndeksi ticarət zamanı 0,5 faizdən çox artaraq 110,87-yə çatıb ki, bu da 2002-ci ildən bəri ən yüksək səviyyədir.

Əks tendensiya Avropa valyutalarına təsir edib. Onlar isə əksinə, valyuta bazarlarında satışdan xeyli zərər çəkiblər. Agentlik iddia edir ki, Kremlin ölkədə qismən səfərbərliyə dair bəyanatları yalnız Aİ iqtisadiyyatında tənəzzülün pisləşməsi ilə bağlı mənfi gözləntiləri gücləndirib.

“Nəticədə avro iki həftənin minimumu 0,9885 dollara düşüb. Funt sterlinq 0,4 faiz ucuzlaşaraq 1,1304 dollara kimi 37 ilin ən aşağı səviyyəsinə enib”, – məlumatda deyilir.

Dolların əsas dünya valyutalarına, o cümlədən avroya nisbətdə möhkəmlənməsi yaxın gələcəkdə ABŞ Federal Ehtiyat Sistemi (FRS) tərəfindən əsas məzənnənin kəskin artırılmasından təsirlənməlidir. “Reuters” yazır ki, FED-in növbəti iclasında ardıcıl üçüncü dəfə faiz dərəcələrini artıracağı gözlənilir

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 + 5 =