“Qiyamət buzlağı” əriyir: Bütün dünya təhlükədədir

“Qiyamət buzlağı” əriyir: Bütün dünya təhlükədədir

Publika.az xəbər verir ki, ABŞ və Britaniya alimlərindən ibarət 13 komanda 2019-cu ilin sonu və 2020-ci ilin əvvəlində buzlaqda təxminən altı həftəlik araşdırma aparıb.

Bu çərçivədə bölgədə “Icefin” kimi tanınan sualtı robot vasitəsi ilə sensorlarla araşdırma aparılıb.

Araşdırmada isti suyun yarıqlara və terras kimi tanınan digər açıqlıqlara doğru hərəkət etməsi nəticəsində təxminən ABŞ-ın Florida əyaləti böyüklüyündə olan buzlaqda ən az 30 metr yanal ərimə meydana gəldiyi müəyyən edilib.

Tədqiqatçılar qeyd edirlər ki, buzlaqdakı yarıqlar və terraslar vasitəsilə ərimə “Tveyts” buzlaqının şelfinin dağılmasına səbəb ola bilər.

Məlumdur ki, Tveyts buzlaqının müntəzəm əriməsi nəticəsində dəniz səviyyəsinin illik artımı təxminən 4 faiz artır.

Alimlər hesab edirlər ki, buzlaq Qərbi Antarktidada təbii bənd rolunu oynayır və çökərsə, qlobal dəniz suyunun səviyyəsi təxminən 3,5 metr yüksələ bilər.

Tədqiqatçılar Tveyts buzlaqının domino effekti yaradacağını, Antarktidadakı digər buzlaqları hərəkətə gətirəcəyini və böyük fəlakətə səbəb olacağını bildirirlər.

Digər tərəfdən, “New York Times”-ın NASA JPL məlumatlarından istifadə edərək 2017-ci ildə apardığı təhlilə görə, buzlaq 1980-ci ildən bəri ən azı 600 milyard ton buz itirib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + two =