Qızılcadan ölüm halları dayanmır

Qızılcadan ölüm halları dayanmır

Lənkəranda qızılcadan növbəti ölüm halı qeydə alınıb. Rayonunda azyaşlı qız qızılcadan ölüb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında qızılca diaqnozu qoyulan 5 yaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb.

Bir neçə gün öncə  Bakı şəhəri Səbail rayonu 51 saylı orta məktəbin 8-ci sinif şagirdi qızılcadan vəfat edib.

Cəlilabadda isə qızılca virusuna yoluxma sayında artım qeydə alınıb.

Cəlilabad rayonunda noyabr ayından bugünədək 493 nəfər qızılcaya yoluxub.

Yoluxanlardan 18 yaşdan kiçiklər 318 nəfər, 18 yaşdan böyüklər isə 175 nəfər təşkil edir.

Rəsmi statistika təqdim olunmasa da jurnalist araşdırmaları göstərir ki, ötən milad ilinin axırlarından başlayaraq Azərbaycan Respublikasında uşaqlar arasında yayılan qızılca xəstəliyindən ölən uşaqların sayı 13-u keçib. 

Vəfat edən uşaqlar Abşeron, Cəlilabad ,Lənkəran, Şəmkir, Şirvan, Qaradağ, Şəki və Astara rayonundan olublar.

Qeyd edək ki, qızılca xəstəliyinin qarşısının alınması üçün uşaqlar 12-15 aylığında eləcə də 4-5 yaşında ümumiyyətlə iki dəfə peyvənd edilməlidir.

İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə uşaqların Qızılca xəstəliyinə immunitet yaratmaq üçün peyvənd edilmələri ümumölkə proqram çərçivəsində dövlətlər tərəfindən müntəzəm şəkildə həyata keçirilir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, “Azərbaycanın bəzi bölgələrində qızılca virusuna yoluxma halları qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınır”. Bu müvafiq dövlət qurumlarının səhlənkarlığındanda irəli gələ bilər ancaq deyilənlərə görə Uşaqların qızılcaya qarşı peyvənd olunmamalarında ailələr təqsirkardır. Güya bəzi valideynlər buna müqavimət göstərirlər.

Qızılca xəstəliyinin əlacı yoxdur ona görə də uşaqların peyvənd edilməsi böyük əhəmiyyətə malikdir. Peyvənd olunan uşaqlarda nadir hallarda baş verərn yoluxma halalrında isə qızdırmanı salmaq üçün “Parasetamol” (asetaminofen) və “Ibuprofen”-dən istifadə olunmalıdır. Həmçinin qızılcanın müşahidə olunduğu yerdə digər uşaqlar və şəxslər peyvənd edilməlidir.

Azərbaycan Respublikasında qızılcadan tələfatların qeydə alındığı rayonlarda təcili və genişmiqyaslı peyvən əməliyyatlarının həyata keçirilməsi barədə heç bir məlumat yoxdur. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two − one =