Qreta Tunberq: Bizim təcrübəmiz Fələstin xalqının yaşadıqları ilə müqayisədə heç bir şey deyil

İsveçli fəal Qreta Tunberq Qəzzanın dəniz blokadasını qırmaq üçün yola çıxan Madleen gəmisində olarkən beynəlxalq sularda İsrail qüvvələri tərəfindən qaçırıldığını xatırladıb. Tunberq hadisəni “piratlıq” adlandırıb.
İsveçli fəal Qreta Tunberq bildirib ki, o, Qəzza zolağının dəniz blokadasını yarmaq üçün gedən digər beynəlxalq fəallarla birlikdə Madleen gəmisində olarkən İsrail hakimiyyəti tərəfindən oğurlanıb.
Tunberq əməliyyatın beynəlxalq sularda keçirildiyini vurğulayıb.
Jurnalistlərə danışan Tunberq gəminin ələ keçirilməsini “piratlıq” və “İsrail tərəfindən daha bir qəsdən pozuntu” kimi qiymətləndirib və bu, onun qanun pozuntularının uzun siyahısına əlavə edilib.
Tunberq deyib ki, İsrail qüvvələri “Beynəlxalq sularda Madleen gəmisinə basqın edib və fəalları zorla nəzarəti altında olan ərazilərə aparıblar”.
Heç bir beynəlxalq hüququ pozmadıqlarını və məqsədlərinin “sırf humanitar” olduğunu bildirən Tunberq, məqsədlərinin “mühasirədə olan Qəzza zolağının sakinlərinə yardım çatdırmaq” olduğunu bildirib.
Fəal, bütün təhdidlərə baxmayaraq Fələstin davasını dəstəkləməyə və Qəzzaya yardım çatdırmağa davam etmək əzmində olduğunu vurğulayaraq, “Bizim yaşadığımız Fələstin xalqının davam edən soyqırımı ilə müqayisə olunmazdır” dedi.
Saxlanılanlar arasında millət vəkilləri və jurnalistlər də var
Bazar ertəsi səhər sübh saatlarında İsrail donanmasının gəmini beynəlxalq sularda mühasirəyə almasından sonra İsrail hakimiyyəti Qəzzaya doğru üzən Madleen gəmisində müxtəlif millətlərdən olan 12 fəalı saxlayıb.
Saxlanılanlar arasında Avropa Parlamentinin üzvləri, jurnalistlər və ətraf mühit fəalları da var.
Saxlanılan fəalların siyahısına Avropa Parlamentinin Fələstin-Fransa əsilli deputatı Rima Həsən, fransalı ətraf mühit fəalı Riva Viard, Əl-Cəzirə müxbiri Ömər Fəyyad və isveçli ətraf mühit fəalı Qreta Tunberq, həmçinin Almaniya, Türkiyə, Braziliya, Hollandiya və İspaniyadan olan fəallar daxildir.
İsrail telekanalı xəbər verir ki, fəallardan dördü deportasiya edilib, digər səkkiz nəfər deportasiya sənədlərini imzalamaqdan imtina edib və təcridxanaya köçürülüb.