Qrossi: İran-ABŞ danışıqlarının davam etdirilməsi yaxşı əlamətdir; mühakimə etmək üçün hələ tezdir

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Tehran və Vaşinqton arasında İranın nüvə problemi ilə bağlı dolayı danışıqların davam etdirilməsini yaxşı əlamət kimi qiymətləndirib. Eyni zamanda, o, danışıqların yekun nəticəsi barədə mühakimə yürütmək üçün hələ tez olduğunu bildirib.
Çərşənbə günü Rafael Qrossi Vyanada agentlik seminarında iştirak edən jurnalistlərə Oman danışıqları ilə bağlı deyib: “Hazırda mühakimə yürütmək tezdir. Lakin görüşlərin davam etdirilməsi tərəflərin razılığa gəlmək istəyinin əlamətidir.”
BAEA-nın baş direktoru habelə müavinlərindən birinin Tehrana getdiyini təsdiqləyib. Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi demişdi ki, Qrossinin müavini İran və BAEA arasında ənənəvi əməkdaşlıq üzrə müzakirələri davam etdirmək üçün Tehrana səfər edəcək.