Qrossi: İran Prezidenti ilə görüş mənim Tehrana səfərimin mühüm hissəsi idi
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru İran Prezidenti doktor Məsud Pezeşkiyan ilə görüşünü Tehrana səfərinin mühüm hissəsi kimi qiymətləndirib.
Rafael Qrossi X sosial şəbəkəsində yazıb: “Doktor Pezeşkiyanla görüş mənim İrana səfərimin mühüm hissəsi idi.”
“Bu görüşdə İranın yeni hökumətinin ən yüksək səviyyəli rəsmiləri ilə görüşmək və onların fikirlərini eşitmək, həmçinin beynəlxalq gündəliyin ən çətin məsələlərindən birində irəliləyiş üçün öz yanaşmamı və səylərimi izah etmək imkanım oldu.”
İran Respublikasının Prezidenti ilə görüş Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunun İrana səfərində üçüncü görüşü olub. Doktor Pezeşkiyan bu görüşdə bildirib: “İran İslam Respublikasının nüvə texnologiyasında axtardığı şey tam olaraq Beynəlxalq Atom Enerjisi Agentliyinin qanuni çərçivələri və icazələrinə uyğundur.”