Qrossi: “İranın nüvə proqramını tamamilə məhv etmək mümkün deyil”

Qrossi: “İranın nüvə proqramını tamamilə məhv etmək mümkün deyil”

“İranın nüvə proqramını tamamilə məhv etmək mümkün deyil”.

Oxu.Az TASS-a istinadla xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi deyib.

Onun sözlərinə görə, bu məsələni diplomatik yolla həll etmək lazımdır:

“Həll yolu hərbi ola bilməz, çünki texnoloji və sənaye bazasına malik belə mühüm ölkənin potensialını tamamilə məhv etmək mümkün deyil. Mümkün ssenarilərin hər birində diplomatik razılıq əldə edilməlidir”.

Qeyd edək ki, İsrail iyunun 13-də İranın nüvə və müdafiə infrastrukturuna qarşı hərbi əməliyyata başlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + 16 =